Vogue Pool Bar

Açıq havada yerləşən hovuzun ətrafında inşa edilmiş Vogue Pool Bar qızmar günəş altında həm istirahət edib, həm də müxtəlif içkilərin dadından zövq almaq istəyənlərin məkanıdır. Məkan 80 nəfər qonaq üçün nəzərdə tutulmuşdur. Bundan əlavə qonaqlar hovuz ətrafında yer alan 50 ədəd günəşlənmə oturacağından da istifadə edə bilərlər. Vogue Nabran oteldə bütün yaş kateqoriyasına aid olan uşaqların istirahəti nəzərə alınmışdır. Oteldə 3 pilləli hovuz inşa edilmişdir. Uşaqlar hovuzun 60 sm, orta boylu insanlar 165 sm, daha hündür olan insanlar isə hovuzun 175 sm dərinliyi olan hissəsində istirahət edə bilərlər. Sağlam həyat tərzinə üstünlük verən insanlar hovuzun kənarında yerləşən kiçik idman alətlərində idmanlarına davam edə bilərlər.

Vogue Restaurant

Otelimizin loft üslubunda dizayn edilmiş restoranında qonaqlarımız özlərini evdəki kimi hiss edə bilərlər. Ümumilikdə 170 nəfər qonağa xidmət göstərmək üçün nəzərdə tutulmuş restoranda qonaqlarımız həm yerli, həm də avropa mətbəxinin müxtəlif təamlarının dadına baxa bilərlər. Məkanın geniş olması geniş ailə tərkibi olan qonaqlarımızın 4 nəfərlik dairəvi, 5 nəfərlik düzbucaqlı formasında masaları rahat əyləşməsinə imkan yaradır. Vogue restoranın 50 nəfərlik terrası isə havanın xoş saatlarında qonaqlarımızın xidmətindədir. Burada otelin həyətinə açılan gözəl mənzərədən zövq alaraq, həm musiqi dinləyə, həm də müxtəlif təamların dadına baxa bilərlər. Bundan əlavə restoranın barında qonaqlarımız, otelin barmeni tərəfindən hazırlanmış istər isti, istərsə də müxtəlif spirtli və ya spirtsiz içkiləri sifariş edə bilərlər.

Tandir House